- Details
- Dərc edilib: 03 Dekabr 2025
- Oxunma sayı: 98
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin həkimi Zahid Məmmədov 27-28 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi Tibb bacısı işi üzrə Beynəlxalq Konfransda iştirak edib. Konfrans zamanı Qazaxıstan Respublikası Milli Tibb Universitetində və Respublika Tibb kolleclərinin bir neçəsində təlim-tərbiyə prosesinin aparılması ilə tanış olublar. Eyni zamanda, ölkələr arasında bağlanmış anlaşmaya əsasən Şəki Tibb Kolleci ilə Qazaxıstan Respublikası Jambul Vilayəti Ali Tibb kolleci tələbə-həkim mübadiləsi və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə dair memorandum imzalayıb.









