- Details
- Dərc edilib: 22 Oktyabr 2026
- Oxunma sayı: 25
- Details
- Dərc edilib: 28 Sentyabr 2026
- Oxunma sayı: 71
- Details
- Dərc edilib: 27 Oktyabr 2026
- Oxunma sayı: 9
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində I kurs tələbələri arasında intellektual oyun keçirilib. Oyunda tələbələr fəal iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
- Details
- Dərc edilib: 12 Oktyabr 2026
- Oxunma sayı: 64
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri 12 Avqust- Beynəlxalq Gənclər Günü münasibətilə "Gənclikdən sabahlar doğur" adlı festivalda iştirak ediblər. Festival Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektoru və Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala Folklor Evinin birgə təşkilatçılığı ilə keçirilib.
- Details
- Dərc edilib: 28 Sentyabr 2026
- Oxunma sayı: 75
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP -nın VIII qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı tədbir keçirilib.Tədbirdə Şəki 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas Dərya Yaşarlı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının müdiri Coşqun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Minarə Məmmədhüseynova, kollecin müəllim və tələbə heyəti iştirak edib
- Details
- Dərc edilib: 27 Oktyabr 2026
- Oxunma sayı: 9
Səhiyyə Nazirliyi Şəki Tibb Kolleci Qax rayonunda Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan “PeşəFest 2026” tədbirində iştirak edib.
- Details
- Dərc edilib: 05 Oktyabr 2026
- Oxunma sayı: 61
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 25 iyun 2026-cı il tarixində Şəki şəhərində 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə gənclər arasında “Narkomaniyanın qarşısının alınmasında ailə və məktəbin rolu” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlılığın artırılması, ailə və təhsil müəssisələrinin bu istiqamətdəki rolunun izah edilməsi, eləcə də narkomaniyanın yaratdığı sosial və mənəvi fəsadlar haqqında iştirakçıların maarifləndirilməsi olub.
Görüşdə çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Səbahət Bağırova narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, bu bəlanın qarşısının alınmasında ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyindən danışıb. Bildirilib ki, gənclərin düzgün tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinə istiqamətləndirilməsi narkomaniyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.
- Details
- Dərc edilib: 28 Sentyabr 2026
- Oxunma sayı: 76









