- Details
- Dərc edilib: 28 Sentyabr 2026
- Oxunma sayı: 76
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 25 iyun 2026-cı il tarixində Şəki şəhərində 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə gənclər arasında “Narkomaniyanın qarşısının alınmasında ailə və məktəbin rolu” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlılığın artırılması, ailə və təhsil müəssisələrinin bu istiqamətdəki rolunun izah edilməsi, eləcə də narkomaniyanın yaratdığı sosial və mənəvi fəsadlar haqqında iştirakçıların maarifləndirilməsi olub.
Görüşdə çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Şəki şəhəri üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Səbahət Bağırova narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq, bu bəlanın qarşısının alınmasında ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyindən danışıb. Bildirilib ki, gənclərin düzgün tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinə istiqamətləndirilməsi narkomaniyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.









