Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Şimal-Qərbi Regional Mərkəzinin əməkdaşı Pərviz Məmmədov 10 dekabr Beynəlxalq İnsan Hüquqları münasibətilə görüş keçirib. Görüşdə kollecin kollektivi və tələbələri iştirak edib.
- Details
- Dərc edilib: 16 Dekabr 2025
- Oxunma sayı: 99
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin kollektivi və tələbələri Şəki şəhidi Surxayzadə Zəfər Şəmsəddin oğlunun 5-ci ildönümü ərəfəsində onun ailəsinin yanında olub.
- Details
- Dərc edilib: 13 Noyabr 2025
- Oxunma sayı: 110
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 18 oktyabr Müstəqilliyimizin Bərpası Günü qeyd olunub.Tədbirdə tələbələrə Müstəqilliyimizin tarixi haqqında geniş məlumat verilib, videoçarx təqdim olunub.
- Details
- Dərc edilib: 27 Oktyabr 2025
- Oxunma sayı: 108
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin həkimi Zahid Məmmədov 27-28 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi Tibb bacısı işi üzrə Beynəlxalq Konfransda iştirak edib. Konfrans zamanı Qazaxıstan Respublikası Milli Tibb Universitetində və Respublika Tibb kolleclərinin bir neçəsində təlim-tərbiyə prosesinin aparılması ilə tanış olublar. Eyni zamanda, ölkələr arasında bağlanmış anlaşmaya əsasən Şəki Tibb Kolleci ilə Qazaxıstan Respublikası Jambul Vilayəti Ali Tibb kolleci tələbə-həkim mübadiləsi və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə dair memorandum imzalayıb.
- Details
- Dərc edilib: 03 Dekabr 2025
- Oxunma sayı: 117
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin kollektivi və tələbələri tərəfindən 8 Noyabr - Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin və Şuşanın işğaldan azad edilməsinin şərəfinə qeyd edilən "Zəfər günü" münasibətilə Bakı şəhərinə ekskursiya təşkil edilib. "Şəhidlər Xiyabanı", "Hərbi Memorial Məzarlıq" və Hərbi Qənimətlər Parkı ziyarət edilib. Hərbi Qənimətlər Parkında sərgilənən tank, "Qrad" qurğuları, top və digər müharibə texnikaları tələbələr tərəfindən maraq və qürur hissi ilə izlənilib, Azərbaycan əsgərinin gücünü, qüdrətini simvolizə edən qəhrəmanlıq abidəsi ilə yaxından tanış olunub. Ermənistan ordusunun hərbi yük maşınlarının nömrələrindən hazırlanan, "Qarabağ Azərbaycandır!" yazılan lövhənin qarşısında və Hərbi Memorial Məzarlıqda ucadılan 44 metrlik monumental abidənin qarşısında xatirə şəkli çəkilib.
Bizə zəfəri yaşadan şəhidlərimizin, veteranlarımızın qarşısında baş əyirik.
- Details
- Dərc edilib: 13 Noyabr 2025
- Oxunma sayı: 98
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin kollektivi və tələbələri Şəki şəhidləri olan İsmayılov Elnur Arif oğlu və İzzətli Fərid Aydın oğlunun 5-ci ildönümü münasibətilə onların ailələrinin yanında olublar.
- Details
- Dərc edilib: 27 Oktyabr 2025
- Oxunma sayı: 110
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 1 dekabr QİÇS-lə Mübarizə Gününə həsr edilən görüş keçirilib. Görüşdə QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının həkim briqadası tələbələrə QİÇS haqqında ətraflı məlumat verilib, İİV-na görə müayinələr aparılıb.
Tələbələrə broşurlar və bukletlər paylanıb
- Details
- Dərc edilib: 01 Dekabr 2025
- Oxunma sayı: 115
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda Şəki şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzin əməkdaşları və kollecin tarix müəllimi Səidə Məmmədova tərəfindən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat verilib, Konstitusiyamızın qəblunda əvəzsiz xidmətlərindən danışılıb.
- Details
- Dərc edilib: 28 Oktyabr 2025
- Oxunma sayı: 118
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 22 oktyabr tarixində "Uşaq Hüquqları Aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib.Tədbirdə kollecin kollektivi və tələbələri, o cümlədən ailəli tələbələr iştirak edib. Tələbələrə uşaq hüquqları, xüsusilə uşaqlarla rəftar, davranış qaydaları haqda geniş məlumat verilib, videoçarx göstərilib
- Details
- Dərc edilib: 27 Oktyabr 2025
- Oxunma sayı: 114









