Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi Mülki Müdafiə Şöbəsinin Mühəndis Xidmətinin rəisi Atakişiyev Asim və həmin şöbənin baş zabiti Mustafayev Rəvanın iştirakı ilə açıq dərs keçirilib. Açıq dərsdə "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda geniş məlumat verilib, müəllim və tələbələr tərəfindən verilən suallar cavablandırıb.
- Details
- Dərc edilib: 01 May 2026
- Oxunma sayı: 73
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş цякэ Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin aparıcı məsləhətçisi, Şəki şəhər İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi iştirak edib. Narkomaniyaya qarşı mübarizə sahəsində dövlətin gördüyü tədbirlərdən, həmçinin hər bir vətəndaşın bu sahə ilə bağlı ictimai nəzarət zamanı aktiv olmasının vacibliyini qeyd edib.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.
- Details
- Dərc edilib: 21 Aprel 2026
- Oxunma sayı: 71
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində
"Narınqala" şəhər Folklor evinin təşkilatçılığı ilə Korrupsiyaya qarşı mübarizəyə həsr olunan " Vicdanın səsi" adlı mühazirə keçirilib.
Tədbirdə Şəki 1 saylı Mediasiya təşkilatının direktoru Dərya Yaşarlı , jurnalist Aydın Məmmədov, Şəki Tibb Kollecinin müəllim və tələbələri, "Narınqala" şəhər Folklor evinin kollektivi iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrə korrupsiyanın vurduğu zərərləri izah etmək, onlarda qanunlara hörmət və vətəndaş məsuliyyəti hissini formalaşdırmaqdan ibarətdir.
- Details
- Dərc edilib: 13 Aprel 2026
- Oxunma sayı: 57
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsində iştirak ediblər.
- Details
- Dərc edilib: 28 Aprel 2026
- Oxunma sayı: 80
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin şöbə müdiri Qazaxıstanın Taraz şəhərində Jambıl Tibb Kollecinin 90 illik yubileyinə həsr olunan beynəlxalq tədbirdə iştirak edib. Tədbirdə "Azərbaycan Tibb Kolleclərində Süni İntellektin rolu" mövzusunda təqdimat olunub. O cümlədən, beynəlxalq təcrübədə süni intellektin tətbiqi mövzusunda fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları Jambıl Tibb Kollenin süni intellekt laboratoriyası
"Med AI LAB"-ın açılışında iştirak edib, süni intellektin tətbiq olunduğu müasir avadanlıqlarla tanış olublar.
- Details
- Dərc edilib: 21 Aprel 2026
- Oxunma sayı: 70
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində Ümumdünya Şəhərsalma Forumu (WUF’13) çərçivəsində 2026-cı ilin aprel ayında Azərbaycanın böyük şəhərlərində Road Show tədbirləri təşkil olunub. Bu çərçivədə 11 aprel 2026-cı il tarixində Şəki şəhərində keçiriləcək tədbir zamanı qızlardan ibarət 50 nəfərlik qrupun velo yürüşdə iştirakı nəzərdə tutulur. Bununla bağlı qızların velotura cəlb olunması üçün məlumatlandırma görüşü keçirilib.
- Details
- Dərc edilib: 13 Aprel 2026
- Oxunma sayı: 68
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 19-25 aprel İmmunlaşdirma həftəsi çərçivəsində tələbələrə maarifləndirici dərs keçirilib. Dərsdə tələbələrə bir daha peyvəndlərin əhəmiyyəti, təhlükəsizliyi və effektivliyi haqqında geniş məlumat verilib.
- Details
- Dərc edilib: 28 Aprel 2026
- Oxunma sayı: 71
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin tələbələri görkəmli oftalmoloq Zərifə Əliyeva Əli qızının anım günü münasibətilə Zərifə Əliyeva adına oftalmologiya xəstəxanasının Şəki filialında görkəmli alimin xatirəsini yad edərək, göz müayinəsindən keçiblər.
- Details
- Dərc edilib: 16 Aprel 2026
- Oxunma sayı: 131
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə maarifləndirici görüş keçirilib.
Görüşdə Qiymətləndirmə və Monitorinq Bölmə rəhbəri Pərvanə Məmmədova çıxış edərək soyqırımın tarixi haqqında geniş məlumat verib.
Tələbələrə videoçarxlar nümayiş etdirib.
- Details
- Dərc edilib: 06 Aprel 2026
- Oxunma sayı: 65









