- Details
- Dərc edilib: 18 İyun 2026
- Oxunma sayı: 47
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mənəvi birlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, Kollecin şöbə müdiri İnarə Hacıyeva və kollecin tələbələri iştirak edib.
Mənəvi bilik insanın əxlaq, vicdan, dürüstlük, mərhəmət, hörmət və məsuliyyət kimi dəyərləri dərk etməsi və onlara uyğun davranmasıdır. Mənəvi bilik insanın cəmiyyətdə düzgün münasibətlər qurmasına, yaxşı insan kimi formalaşmasına və faydalı vətəndaş olmasına kömək edir. Bu bilik ailədə, məktəbdə və cəmiyyətdə tərbiyə yolu ilə qazanılır. Mənəvi dəyərlərə sahib olmaq insanların bir-birinə hörmət və anlayışla yanaşmasını təmin edir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.









