- Details
- Dərc edilib: 28 Sentyabr 2026
- Oxunma sayı: 72
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunan "Bir dəqiqəlik sükut - Bir ömürlük xatirə" adlı tədbir keçirilib.
Tədbirdə şəhid anaları, kollecin müəllim və tələbələri iştirak ediblər. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində tələbələr tərəfindən Vətənə, şəhidlərimizin əziz xatirəsinə həsr olunan şeir səsləndirilib, vətənpərvərlik ruhunda mahnı ifa olunub və rəqs kompozisiyası təqdim edilib.
Şəhid analarının iştirakı tədbirə xüsusi mənəvi dəyər qatıb. Onlara dərin ehtiram və minnətdarlıq ifadə olunub.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!









