Kollec iki uyğulaşdırılmış binada yerləşir. Kollecin istifadə olunan ümumi sahəsi 2415 kv.m-dir.
   Bundan 535 kv.m-ni nəzəri və təcrübi dərslərin aparılması üçün sinif otaqları və laboratoriyalar, 52 kv.m-ni  kitabxana, 56 kv.m-ni bufet, 108 kv.m-ni akt zalı, 12 kv.m-ni kompyuter otağı, 72 kv.m-ni idman zalı, 23 kv.m-ni qarderob, qalan hissəsini inzibati otaqlar və həyətyanı sahə təşkil edir.
   Kollecdə tələbələrin və təkmilləşdirmə kursu dinləyiciləri üçün nəzəri dərslərini keçmək üçün 18 fənn kabinəsi, təcrübi dərsləri keçirmək üçün xəstəyə qulluq, terapiya, cərrahiyyə, pediatriya fənləri üzrə klinikaya qədər kabinə, kompyüter otağı vardır.
   Bundan başqa kollecdə mədəni-kütləvi tədbirləri keçirmək üçün akt zalı, yardımçı otaqlar vardır. Kollecdə kargüzarlıq işinin aparılması internet şəbəkəsi vasitəsi ilə həyata keçirilmişdir.

Cədvəl 1.

 

Göstəricilərin adı

Tədris

sahəsi

Yardımçı otaqların sahəsi

Təlimlə əlaqədar istifadə olunan sahə

535 kv.m

15 kv.m

 Cədvəl 2.

Göstəricilərin adı

Faktiki

Kabinə və laboratoriya

18

Kitabxana

1

Oxu zalı

1

Akt zalı

1

H.Əliyev guşəsi

1

Kompyüter otağı

1

   Kollecdə tələbələrin istifadəsində olan kitabxananın sahəsi 52 kv.metrə qədərdir. Orada tələbələrin dərslərə hazırlaşmaları üçün şərait yaradılmışdır. Kitabxanada həm tibbi, həm də bədii ədəbiyyatın ümumi fondu 11610 nüsxədir. 6521 nüsxəsi tibbi, 4501 nüsxə bədii ədəbiyyat,  324 nüsxə jurnal vardır.
   2022/2023-cü tədris ilində yeni qəbul olunmuş tələbələrlə tədris yeni tədris planlarına uyğun olaraq kredit sistemi ilə tədris planlarına uyğun şəkildə aparılmışdır. Tədris ili ərzində tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə həm nəzəri, həm də təcrübi dərs saatları tam yerinə yetirilmişdir.

 

Hazırlanır...

   Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Şəki Tibb Kollecinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.Orta ixtisas kollecinə qəbul olunmaq hüququna Azərbaycan Respublikasının bütün vətəndaşları malikdirlər.Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kollecdə ödənişli əsaslarla təhsil ala bilərlər.Tibb kollecində təhsilin və diplomdansonrakı təhsilin normativ müddəti ixtisasların xüsusiyyətlərindən asılı olaraq ixtisasın proqramında göstərildiyindən ibarətdir.Kollecdə aşağıdakı ixtisaslar üzrə qəbul aparılır.Təhsil əyani formada həyata keçirilir.

Ödənişsiz əsaslarla

040706 - Mamalıq işi: 3 il

040714 - Tibb bacısı (qardaşı) işi: 3 il

Ödənişli əsaslarla

040706 - Mamalıq işi: 3 il - 600 AZN

040714 - Tibb bacısı (qardaşı) işi: 3 il - 800 AZN

   Ərizələrin qəbul müddəti TQDK tərəfindən müəyyən edilir

Son iki ildə orta məktəbi bitirən abituriyentlər TQDK tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən Kollecə qəbul olunurlar.Əvvəlki illərdə orta məktəbi bitirib ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmayan abituriyentlər isə TQDK tərəfindən kolleclər üçün keçirilən imtahanların nəticələri əsasında yerləşdirilir.

Tələb olunan sənədlər

 KOLLECƏ QƏBUL OLMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR:

  1. Orta təhsil haqqında attestat (əsli)
  2. 4 ədəd fotoşəkil (ölçü 3x4sm)
  3. Sağlamlıq haqqında tibbi arayış (Forma 086)
  4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olan tələbələr üçün)
  5. Şəxsiyyət vəsiqəsi və sürəti (2 ədəd)

Diqqət:

Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər kollecin tələbələri sırasına daxil edilməyəcək.

 TƏHSİL HAQQINDAN AZAD OLUNMA HÜQUQUNA MALİK OLANLAR AŞAĞIDAKI ƏLAVƏ SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR :

a) Məcburi köçkünlər.

1.Tələbənin məcburi köçkünlük vəsiqəsinin özü və surəti. (Notarial qaydada təsdiq olunmuş)

b) Şəhid ailələri.

1.Şəhid ailəsinə mənsub olması haqqında vəsiqə və onun surəti. (Notarial qaydada təsdiq olunmuş)

2.Doğum haqqında şəhadətnamə və surəti. (Notarial qaydada təsdiq olunmuş)

c) Valideyn himayəsindən məhrum və yaxud bir valideyni vəfat etmiş , o biri valideyni I və II qrup əlil olanlar.

1.Valideynlərin ölüm haqqında şəhadətnaməsi və surəti. (Notarial qaydada təsdiq olunmuş)

2.Valideynin I və II qrup əlilliyi haqqında sənəd və surəti. (Notarial qaydada təsdiq olunmuş)

3.Doğum haqqında şəhadətnamə və surəti. (Notarial qaydada təsdiq olunmuş)

d) Sağlamlıq imkanı məhdud olanlar.

I və II qrup əlilliyi olan tələbənin əlilliyini təsdiq edən sənəd və surəti. (Notarial qaydada təsdiq olunmuş)

e) Azərbaycan Respublikası ərazi bütövlüyünün , müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilənlərin övladları.

Valideynin ölüm haqqında şəhadətnaməsi və surəti. (Notarial qaydada təsdiq olunmuş)

Valideynin ərazi bütövlüyü uğrunda döyüşlərdə almış xəsarət nəticəsində əlil olması haqqında Dövlət Tibb-Sosial ekspertiza və reablitasiya xidməti (DTSERX) tərəfindən verilən sənəd və surəti. (Notarial qaydada təsdiq olunmuş)

3.Müharibə veteran statusunu təsdiq eden sənəd.

4. Doğum haqqında şəhadətnamə və surəti. (Notarial qaydada təsdiq olunmuş)

Abituriyentlərin sənəd qəbulu üzrə məsul şəxs: Məmmədova Pərvanə (This email address is being protected from spambots. You need JavaScript enabled to view it. )

qalereya1a

Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində 273 yerlik akt zalı yerləşir. Müasir standartlara cavab verən zalın sahəsi 680 m2-dir. Zalın vip hissəsində 9 yerlik oturacaqlar mövcuddur. Yüksək akustikaya malik zal amfiteatr formasındadır. Burada ən müasir səs və işıq avadanlıqları quraşdırılıb. Səhnə arxasında olan köməkçi otaqlar burada rayon və Respublika əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsinə imkan yaradır.

VƏTƏNPƏRVƏRLİK

   Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan Şəki Tibb Kollecindətəhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
    Şəki Tibb Kollecində Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir.
   Müntəzəm olaraqkollecin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, şəhidlərin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ

   2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfər Azərbaycanın tarixinin şanlı səhifələrini təşkil edir.
   Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin və milli qürurun bərpa olunması ilə nəticələndi.
   Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma yurd həsrətinə son qoydular.
   Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsini yazdılar.
   Vətən Müharibəsi dövründə Şəki Tibb Kollecinin tələbə, məzun və əməkdaşları arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirak etmiş və yüksək həmrəylik göstərmişlər.

   Respublikamızda digər sahələrdə olduğu kimi təlim prosesinin təşkili və aparılmasında əsaslı islahatlar aparılır. Təlim tərbiyə prosesinin bütün mərhələlərində kadr hazırlığının müasir tələblərə uyğun qurulması, hər tərəfli dünya  görüşünə malik ixtisaslı kadrların hazırlanmasına diqqət yetırılır. Şəki tibb kollecində də təcrübi cəhətdən hazırlıqlı kadr hazırlığına, Təhsil Qanunundan irəli gələn vəzifələrın həlli daim diqqət mərkəzində saxlanılır.
   Tələbələr təcrübə dövründə verilmiş təlimata uyğun olaraq hesabat hazırlamışlar. Təcrübənin yekununda tələbələr hazırladıqları hesabat əsasında attestasiyadan keçirilərək, ixtisas imtahanlarına buraxılmışlar.
   2022/2023-cü dərs ilində orta ixtisas hazırlığı ilə yanaşı, kollecdə tibb bacısı, mamalıq işi ixtısasları üzrə təkmilləşmə kursları təşkil olunmuşdur.
Fənn komissiyaları iş planlarına uyğun olaraq açıq dərslərin təşkilini metodiki işləmələrin hazırlanmasını təmin etmişdir.


Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib, reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək səviyyədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması, qorunması, elmi cəhətdən öyrənilməsinin təşkil edilməsi, habelə hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasında Heydər Əliyev Muzeyləri təsis olundu. Bir müddət sonra 2013-cü ildə Heydər Əliyev Muzeylərinin funksiyaları genişləndirildi və muzeylərə mərkəz statusu verildi. Şəki şəhər Heydər Əliyev Mərkəzi ilk təsis olunan muzeylərdən biri olub. Hal-hazırki Şəki Heydər Əliyev Mərkəzinin rəsmi açılışı cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2018-ci il oktyabr ayının 29-da olmuşdur. Şəki Heydər Əliyev Mərkəzinin ən mühüm, möhtəşəm, vacib hissəsindən biri muzey sahəsidir. Şəki Heydər Əliyev Mərkəzinin muzey sahəsi birinci mərtəbənin bir hissəsini əhatə edir. Birinci mərtəbənin muzey hissəsində Ulu Öndərin uşaqlıq, tələbəlik, Dövlət Təhlükəsizlik orqanlarında çalışdığı, Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr, Naxçıvan Muxtar Respublikasında işlədiyi dövrləri əks etdirən fotoşəkillər nümayiş olunur. Bundan başqa Azərbaycana qayıdışı və bu qayıdışın nəticəsi olan islahatların, Şəkiyə səfərinin, Ümummilli Liderin özü qədər inandığı və güvəndiyi cənab Prezidentimiz İlham Əliyevin Şəkiyə gəlişi ilə bağlı fotoşəkillər, həmçinin Heydər Əliyev Fondunun gördüyü işləri əks etdirən ümumilikdə 72 ədəd fotoşəkil və Heydər Əliyevə aid 26 nadir sənədlərin surətləri (tərifnamələr, attestat, xasiyyətnamələr ,diplomlar, əmrlər) yer alır.
Dövlətimizin qurucusu ümummilli liderimizin özünün də ifadə etdiyi “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.“-ifadələrinə istinadən məhz Şəki Heydər Əliyev Mərkəzinin əsas məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı üçün gördüyü işləri təbliğ etmək, əvəzsiz liderin davamçısı olan Prezidentimiz cənab İlham Əliyevin siyası kursu barədə ətraflı məlumatlar verməkdən və mərkəzdən xoş təəssüratlarla ayrılmaqlarını təmin etməkdən ibarətdir.

AKADEMİK BORCU OLAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 354 nömrəli qərarın III maddəsinin 3.4 bəndini əsas tutaraq kollecimizdə aşağıdakı məqsədlərlə Yay semestri təşkil olunur.

  1. Akademik borcların ləğv edilməsi ;
  2. Müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi ;
  3. Təşkil olunan fənlər üzrə digər orta ixtisas müəssisəsinin tələblərinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması;
  4. Humanitar fənn blokunun seçmə fənlərin kreditlərin qazanilması.

Yay semestrinin təşkili könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.

Qeyd: tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

Qeydiyyat tarixi:

Tədris müddəti:

İmtahan sesiyasının müddəti:

SAĞLAM HƏYAT

   Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və bununla bağlı müvafiq Tədbirlər Planı Şəki Tibb Kollecində daim diqqət mərkəzində saxlanılır. Sözügedən Tədbirlər Planının 3.3.7.1-ci (Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması) və 3.3.7.2-ci (Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması) bəndlərinin icrası ilə bağlı Şəki Tibb Kollecində müvafiq tədbirlər həyata keçilir.


İDMAN

   İdman-Sağlamlıq Kompleksinin Tədbirlər Planına uyğun olaraq bayram və əlamətdar günlər münasibətilə mütəmadi olaraq kurslar və qruplararası kollec birincilikləri və turnirlər keçirilir.
   Bundan başqa kollecin ayrı-ayrı idman növləri üzrə komandaları yubiley və əlamətdar günlər münasibətilə şəhər və respublika miqyaslı turnirlərdə layiqincə təmsil olunur.

KOLLECDƏ YARADILMIŞ TƏDRİS ŞƏRAİTİ




001002003
fondsehiyye1edudim1

VKkj

 


f01   i01   y01   m01