- Details
- Dərc edilib: 13 Noyabr 2025
- Oxunma sayı: 83
Səhiyyə Nazirliyi Şəki Tibb Kollecinin kollektivi və tələbələri tərəfindən 8 Noyabr - Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin və Şuşanın işğaldan azad edilməsinin şərəfinə qeyd edilən "Zəfər günü" münasibətilə Bakı şəhərinə ekskursiya təşkil edilib. "Şəhidlər Xiyabanı", "Hərbi Memorial Məzarlıq" və Hərbi Qənimətlər Parkı ziyarət edilib. Hərbi Qənimətlər Parkında sərgilənən tank, "Qrad" qurğuları, top və digər müharibə texnikaları tələbələr tərəfindən maraq və qürur hissi ilə izlənilib, Azərbaycan əsgərinin gücünü, qüdrətini simvolizə edən qəhrəmanlıq abidəsi ilə yaxından tanış olunub. Ermənistan ordusunun hərbi yük maşınlarının nömrələrindən hazırlanan, "Qarabağ Azərbaycandır!" yazılan lövhənin qarşısında və Hərbi Memorial Məzarlıqda ucadılan 44 metrlik monumental abidənin qarşısında xatirə şəkli çəkilib.
Bizə zəfəri yaşadan şəhidlərimizin, veteranlarımızın qarşısında baş əyirik.









